Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

2019/09/1569604031.jpg
Oxunub: 5044     20:58     27 Sentyabr 2019    
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

XİN-dən Ordu.az-a verilən məlumata görə, Baş Katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etdi.

E.Məmmədyarov səmimi qəbula görə Baş katibə minnətdarlığını bildirib. O, bu il oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək Baş katibi bu tədbirdə iştirak etməyə dəvət edib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ən son görüş barədə Baş katibə ətraflı məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   BMT   Dağlıq-Qarabağ  


Bizi "telegram"da izləyin