Erməni generala qarşı açılmış cinayət işi üzrə yeni DETALLAR

2019/08/timth-1566032351.jpg
Oxunub: 11483     11:21     30 Sentyabr 2019    
“Ofşorlar kralı”, Ermənistan dövlət aktlarının məcburi icrası komitəsinin sabiq rəisi, parlamentin sabiq deputatı, general Mihran Poğosyana qarşı açılmış cinayət işi üzrə yeni detallar açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzaeti yazır.

2016-cı ildə erməni hüquq-mühafizə orqanları Mihran Poğosyanın bank hesabları haqqında yazılı məlumatlar tələb edəndə cavab məktubunda İsveçrədən bildirilib ki, əgər Ermənistanda Mihran Poğosyana çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıbsa, onda İsveçrə tərəfinin Mihran Poğosyanın bank hesabları haqqında məlumatı Ermənistana ötürməsi zəruridir.

Lakin İsveçrədən alınmış cavab müstəntiqin qərarında tamamilə təhrif edilərək qeyd edilib ki, Mihran Poğosyanın qanunsuz fəaliyyətini əsaslandıran məlumatlar əldə olunmayıb. Yəni, hüquq-mühafizə orqanı lap əvvəldən bu işin lazımi istintaqını həyata keçirməyib və 2017-ci ildə Ermənistan Baş Prokurorluğu onu qısaldıb.

İndi Ermənistan Xüsusi İstintaq Xidməti bu işi yenidən açandan baş prokuror Artur Davtyan əminliklə bildirir ki, əvvəlki hakimiyyətin rəhbərliyi dövründə prokurorluğa təzyiqlər olmayıb, sadəcə indi “yeni detallar üzə çıxıb”.

Bu halda prokurorluq nə üçün İsveçrədən əlavə məlumatları istəməyib? Sual cavabsız qalmağa davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Poğosyan   General  


Bizi "telegram"da izləyin