ATƏT-in Baş katibi Azərbaycanla Ermənistan arasında gərginliyin azalmasını müsbət qiymətləndirib

2017/11/755112026884326345345_1511246589.jpg
Oxunub: 27247     15:01     27 Sentyabr 2019    
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

“Baş katibin xahişi ilə Ermənistan Xarici İşlər naziri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin hazırkı vəziyyəti, xüsusən də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü barədə T. Qremingerə məlumat verib. Tərəflər son aylarda gərginliyin nisbi azalmasını müsbət qiymətləndiriblər. Etibar atmosferini formalaşdırmaq üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyi, keçmişdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi vurğulanıb”, - deyə Ermənistan XİN-in məlumatında bildirilib.

Mnatsakanyan həmçinin Slovakiyanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Stanislav Layçakla görüşüb.

Ermənistanın Xarici İşlər naziri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinin hazırkı vəziyyətinə, xüsusilə də sentyabrın 23-də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə Azərbaycanın Xarici İşlər naziri ilə Nyu-Yorkda baş tutmuş görüşə toxunub.

Mnatsakanyan Ermənistanın mövqeyini təmsil edərək Qarabağın prosesə qarşı mülkiyyət hissinin genişlənməsi və möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Mnatsakanyan Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə də görüşüb. Görüş zamanı sentyabrın 23-də Azərbaycanın Xarici İşlər naziri ilə baş tutmuş görüşə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesi ətrafında qeydə alınmış son inkişaflara toxunulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin