Erməni politoloq: “Paşinyanın Qarabağla bağlı hər hansı mövqeyi ciddi qəbul edilmir”

2019/09/789-1569572288.jpg
Oxunub: 28445     16:16     27 Sentyabr 2019    
“Düşünürəm ki, Paşinyan Qarabağla bağlı deklarativ çıxış etdi və hər hansı məzmunlu bir şey demədi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan BMT Baş Assambleyasının 74-cü sessiyasında Paşinyanın çıxışına toxunarkən bildirib.


O qeyd edib ki, Paşinyan problemin Azərbaycan, Dağlıq Qarabağ (qondarma qurum-red.) və Ermənistan üçün məqbul olan şəkildə həll edilməsi tezisini yenidən təkrarladı.

“Bundan əvvəl isə Xankəndində bildirdi ki, “Qarabağ Ermənistandır, vəsalam”. Hamı başa düşür ki, Paşinyan müxtəlif platformalarda Qarabağla bağlı müxtəlif formalarda çıxış edir və bu səbəbə görə onun hər hansı mövqeyi ciddi qəbul edilmir”,- deyə o bildirib.

Politoloq qeyd edib ki, Paşinyan Xankəndində belə bir bəyanatı daxili auditoriya üçün, BMT-də isə xarici auditoriya üçün edib.

“Praktikda Paşinyanın hansı mövqedə olması hamı üçün qeyri-müəyyən olaraq qalır. Artıq vasitəçilərdə belə bir düşüncə formalaşıb ki, Ermənistan əslində danışıqlar proseslərindən yayınmağa çalışır. Buna görə də Paşinyanın Qarabağla bağlı formulası deklarativdir və heç bir məzmun ehtiva etmir”,- deyə Bozoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin