Erməni politoloq: “Həmsədrlər sübut edirlər ki, Düşənbə razılaşmaları fəaliyyət göstərmir”

2019/09/768-1569571292.jpg
Oxunub: 10427     12:36     27 Sentyabr 2019    
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı bunu sübut edir ki, Düşənbə razılaşmaları artıq fəaliyyət göstərmir və yeni mexanizmlər zəruridir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Anna Karapetyan qeyd edib.

Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Nyu-Yorkdakı görüşünün nəticəsinə uyğun olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdiyi açıqlamalarda vasitəçilər vurğulayırlar ki, yay ərzində zorakılığın azaldılmasına yönəlmiş səylər müsbət qiymətləndirilir, cəbhə xəttindəki itkilərə görə təəssüf hissi keçirilir.

O qeyd edib ki, bu, həmsədrlərin tərkibində “substantiv danışıqlar” zərurəti qeyd etdiyi üçüncü bəyanatdır.

“Bu tərtib problemləri haqqında çox danışılıb. Həm Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatları görüşün heç bir nəticə vermədiyini, humanitar məsələlərin nizama salınması istiqamətində heç bir irəliləyişin olmadığını sübut edir”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Qarabağ  


Bizi "telegram"da izləyin