Ordu.az xəbər verir ki, bu günlərdə işğalçı ordunun fərarilik edən daha iki hərbi qulluqçusu cinayət məsuliyyətinə cəlb olunub.
Kəşfiyyat bölüyünün taqım komandiri baş leytenant Qaqik Petrosyan 3 ay ərzində xidmət yerini 3 dəfə, müddətli hərbi qulluqçu Rafik Arşaluys isə 1 ay müddətinə xidmət yerini özbaşına tərk edib.
Hər iki hərbçi barədə cinayət işi başlanılıb. Hərbi qulluqçu R.Arşaluys həbs edilib, baş leytenant Q. Petrosyanın yaxınları isə külli miqdarda rüşvət müqabilində övladlarını həbsdən qurtara biliblər.
Ordu.az