Döyülmüş erməni polkovnikin işi ilə bağlı yeni detallar ortaya çıxıb

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 13155     17:14     28 Sentyabr 2019    
Ermənistanın Vayots Dzor vilayətinin qubernatorun keçmiş köməkçisi nəzarətdə olduğu və ibtidai istintaq orqanı qubernatorun hadisədə iştirak edib-etmədiyini yoxladığı bir vaxtda, araşdırma orqanının əlinə düşən faktlara görə, Trdat Sarkisyanın hadisə baş verən zaman evdə olmaqla yanaşı, bir dostu ilə telefon yazışmaları apardığı məlum olub. Ancaq istintaqla paralel olaraq Vayots Dzordakı vəziyyət getdikcə pisləşir.

Zərərçəkən polkovnik-leytenant Ara Mxitaryanın atası, Samvel Mxitaryan bildirib ki, onların boğazını üzəcəm, bu şahdır, mat isə oğlum gözlərini açdıqda baş verəcək.

“Vilayət rəhbəri, dinlə məni bəxtin gətirib ki, Leninakanda olub kef etdiyini bilməmişəm, yeyib-içdiklərinizi gözünüzdən gətirəcəm. Masaya xərcləcəyin pulu saxla, cərrahiyyəyə verməli olacaqsan, arxanda iki göz qoy və bil, gecə və ya gündüz vaxtı mən səni tapacam. Oğlum gözlərini açdıqdan sonra mat gedişini görəcəksən”, - deyə atası qeyd edib.

Hətta hərbçinin iş yoldaşları da yaranmış vəziyyəti cavabsız qoymamaq qərarına gəliblər. Onlar hesab edir ki, daşla hərbi geyimdə olan hərbçiyə zərbə endirilməsi, Ermənistan ordusuna zərbə endirilməsinə bərabərdir və buna görə cavab verməlidirlər.

Məlumata görə, baş verə biləcək hadisələri qabaqlamaq üçün Ermənistan Müdafiə Nazirliyi zabitlərlə görüşə nümayəndə heyəti göndərib.

Məsələ ilə bağlı Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhansiyan ətraflı cavab verməkdən yayınmaqla bildirib ki, MN-in nümayəndə heyəti tabelikdə olan hərbi hissələrə mütəmadi səfərlər edir və yoxlamalar keçirir. İndiki səfərlərin isə keçirilən təlimlərlə əlaqəli olduğunu vurğulayıb.

Erməni jurnalistlər məsələ ilə bağlı sabiq vilayət rəhbəri Trdat Sarkisyanla da söhbət aparıb. Hazırda vilayətdə gərgin vəziyyətin yaranması, zərərçəkənlərin cavab tədbirləri görəcəklərinə dair verilən suala sabiq vilayət rəhbəri cavabında qeyd edib ki, hər bir orqan öz işini görməlidir.

Artıq sabiq vilayət rəhbərinin tərəfdarlarının baş verənləri hərbçilərin üzərinə atdığı bir vəziyyət yaranıb. Onlar iddia edir ki, hərbçilər sərxoş olub və dava salıblar.

Hərbçilər isə bu faktı təkzib etməyərək, hətta belə bir vəziyyətdə də dava iştirakçılarına daşla hərbi geyim daşıyan şəxsə zərbə endirilməsinə haqq qazandırmadığını bildiriblər.

Əlavə edək ki, Ermənistan MN-in hərbi qulluqçusu artıq 7 gündür ki, ölüm və həyat uğrunda mübarizə aparır. O, hələ koma vəziyyətindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Döyülmə  


Bizi "telegram"da izləyin