Erməni əsgər silahla davranış qaydalarını pozduğuna görə yaralanıb - Yeni detallar

2019/09/456-(-1569235588.jpg
Oxunub: 18973     14:27     23 Sentyabr 2019    
İşğal altında olan Qarabağda ağır yaralanan erməni əsgər barədə yeni məlumatlar məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Hayk Vahe Xaçatryan ilkin məlumatlara görə silahla davranış qaydalarını pozduğuna görə ağır yaralanıb.

"Sentyabrın 22-də, saat 03:35 radələrində, Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində ilkin məlumatlara əsasən silahla davranış qaydalarını pozduğuna görə 2000-ci il təvəllüdlü hərbi qulluqçu Hayk Vahe Xaçatryan ağır yaralanıb", - deyə erməni KİV-ləri yazıb.

Qeyd edək ki, erməni hərbi qulluqçu qarın nahiyəsindən güllə yarası alaraq hərbi hospitala yerləşdirilib, vəziyyəti ağırdır. Məlumatlara görə, o, artıq İrəvana göndərilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin