Qarabağda erməni əsgər yaralanıb

2019/03/ermen-1553673577.jpg
Oxunub: 10002     09:34     23 Sentyabr 2019    
İşğal altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən döyüş mövqelərindən birində qulluq edən erməni əsgəri güllə yarası alaraq son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də səhər saatlarında baş verib.

Məlumata görə, bir neçə ay bundan əvvəl hərbi xidmətə çağırılmış İrəvan şəhərinin Noraqyuğ (Yenikənd-red.) məhəllə sakini Hayk Xaçatryan ağır güllə yarası almış vəziyyətdə hərbi hospitala yerləşdirilib.

Yeri gəlmişkən, qeyd edilən şəxsin görmə problemləri olub və onun hərbi xidmətə çağırılması çoxlarını təəccübləndirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin