Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi təhlilçi Aleksandr Skakov sentyabrın 23-də Nyu-Yorkda baş tutacaq Məmmədyarov-Mnatsakanyan görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, xalqların sülhə hazırlanmasının paket hissəsi nazirlərin danışıqlarının bir hissəsi olacaq.
“Güman etmək olar ki, bu kimi təşəbbüslər olacaq. Əlbəttə, danışıqların məzmunu haqqında yalnız təxmin edə bilərik ki, onlar bağlı qapılar arxasına baş tutur. Mənim fikrimcə, tərəflərin görüşməsi, bu kimi mövzuları müzakirə etməsi yaxşı haldır. Lakin hesab etmirəm ki, bu proses nizamlanmaya doğru gedir”,- deyə rus politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az