ABŞ konqresmenləri işğal altında olan Qarabağa qanunsuz səfər edəcək

2017/12/32D79A0C-84D3-460C-B545-413CA6A5E699_cx0_cy10_cw0_w1023_r1_s34534_1514439581.jpg
Oxunub: 600     11:17     19 Sentyabr 2019    
ABŞ konqresmenləri Cenki Spir-Kançelyan, Cudi Çu və Frank Palon oktyabrın 1-də Ermənistana bir həftəlik səfər çərçivəsində işğal altında olan Qarabağa qanunsuz səfər etməyi qərara qalıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ABŞ Konqresində baş tutmuş Amerika Erməni Qurultayının tədbiri çərçivəsində Pasadenanı təmsil edən Cudi Çu bildirib.

O bildirib ki, Qarabağda vəziyyətin necə olmasına əmin olmaq üçün böyük maraqla oraya səfər etməyi planlaşdırır.

ABŞ Nümayəndələr Palatasının böyük əksəriyyəti tərəfindən təxminən bir ay əvvəl qəbul olunan konresmen Çunun təşəbbüsü ilə atəşkəs rejimini “möhkəmləndirən” Roys-Enqel təklifinin həyata keçirilməsi üçün 4 milyon dollar ayırılmasını nəzərdə tutur. Bu məbləğlə cəbhə xəttində xüusi cihazlar quraşdırılacaq.

Cudi Çu, eyni zamanda qondarma qurumun 6 milyon ABŞ dolları yardımı ilə təmin olunmasına cəhd göstərəcəyini bildirib.

Xatırladaq ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qanunsuz-səfər   XİN   Qarabağ  

ABŞ konqresmenləri işğal altında olan Qarabağa qanunsuz səfər edəcək

2017/12/32D79A0C-84D3-460C-B545-413CA6A5E699_cx0_cy10_cw0_w1023_r1_s34534_1514439581.jpg
Oxunub: 601     11:17     19 Sentyabr 2019    