Ordu.az xəbər verir ki, bu barədə Rusiya Baş Nazirinin müavini Yuri Borisov Ermənistanın paytaxtı Yerevanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib
Moskvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması tərəfdarı olduğunu vurğulayan Borisov diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putinin bu istiqamətdə səyləri hamıya məlumdur.
“Rusiya bütün vasitələrlə bu münaqişənin aradan qaldırılmasını istəyir. Siz Rusiyanın, xüsusən bizim Prezidentin bu məsələdə oynadığı rolu bilirsiniz”, - deyə Baş Nazirin müavini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az