Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq İdarəsindən bildirilib.
Müraciət vasitəsilə Balasanyan bildirib ki, müraciəti dindirilmədə iştirak etmək vaxtından gec alıb.
Eyni zamanda o, qeyd edib ki, 2008-ci il “1 Mart” hadisələri zamanı şəxsən İrəvanda olmayıb və həmin günlərdə baş vermiş hadisələr haqqında onun məlumatları cəmiyyətin geniş dairələri üçün əlçatan olan, habelə KİV-lər vasitəsilə yayılan məlumatlarla məhdudlaşdırılıb.
Ermənistan Xüsusi İstintaq İdarəsi müraciəti aldıqdan sonra göstərilən cinayət işi üzrə bir sıra halların üzə çıxarılması üçün Balasanyanın dindirilməyə çağırılması haqqında yenidən bildiriş göndərib.
Alpər Mövludoğlu
Ordu.az