Ordu.az xəbər verir ki, Ermənistan ordusunun əsgəri Boris Boğazaryanla uzun müddət əlaqə yaradan bilməyən valideynləri hərbi prokurorluğa müraciət ediblər.
Prokurorluğun istintaq şöbəsinin əməkdaşı A.Qasparyan işə qarışdıqdan sonra məlum olub ki, o günlərdir xəstədir və taborun tibb məntəqəsində, yaxud bölükdə saxlanılır.
Özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirən hissə komandiri, prokurorluğun tələbi ilə əsgər B. Boğazaryanı hərbi hospitala göndərib.
Ordu.az