“TurAz Qartalı - 2019”: Əsas tapşırıq “hava-hava” döyüşünün yerinə yetirilməsi olub

2019/09/107f1-1568136511.jpg
Oxunub: 531     21:09     10 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, bu gün Yevlaxda “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq növbəti uçuşlar icra olunub. Azərbaycan və Türkiyə pilotları qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər. 30-a yaxın hərbi aviasiya vasitələrinin, eləcə də 300-dən çox hərbiçinin qatıldığı təlimləri bölgə müxbirimiz də izləyib.

Bölgə müxbirimizin məlumatına görə, ilkin olaraq təlimlərin yerinə yetirilməsi üçün lazım olan bütün işlər günün tələbləri səviyyəsinə çatdırılıb. Pilotlar üçün təşkil edilən brifinqlə təlimlərə start verilib.

Brifinqdə, pilotlar təlimin əsas şərtləri və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumatlandırılıb. Bundan sonra, qırıcıların uçuş zolağına hazırlanması prosesi aparılıb. Pilotlar və köməkçi heyət tərəfindən hava gəmilərinə baxış keçirilib. Yalnız bundan sonra təyyarələrin əsas uçuş zolağına hərəkətinə icazə verilib.

Yevlax aeroportundan havaya qalxan Türkiyə və Azərbaycan pilotları şərti döyüş rayonunda koordinatların verilməsi və məlumatların ötürülməsi kimi, tapşırıqları icra ediblər.

Hərbi Hava Qüvvələrinin şturmanı, polkovnik Faiq Əliyev təlimlər barədə bildirib ki, MiQ -29 və F-16 təyyarələrinə verilən əsas tapşırıq, “hava-hava” döyüşünün yerinə yetirilməsi olub.

"Təyyarələr göydə bir-birini önləmə tapşırığı yerinə yetirəcəklər, yəni havada döyüş səhnəsi olacaq. Bu tapşırığı yerinə yetirdikdən sonra isə Su-25 təyyarələri də təyin olunmuş koordinatlara gedib, yerdə olan şərti düşmən hədəflərini məhv etməlidir

Təlimin əsas şərtinə uyğun olaraq, iki aerodromdan qalxan pilotlar səmada görüşməli və qarşıya qoyulan hava döyüşü və yer üzərindəki şərti düşmən mövqeyinə hücum etməlidirlər. Təlimlərdə MiQ-29, F-16 və Su-25 tipli qırıcı təyyarələrdən istifadə edilib", - deyə F. Əliyev qeyd edib.

O əlavə edib ki, iki ədəd F-16 təyyarəsi Yevlax aeroportundan qalxaraq Azərbaycan hava məkanının təyin olunmuş bəlli bir bölgəsində MiQ-29 və Su-25 təyyarələri ilə görüşərək, bərabər “hava-hava və yer” tapşırıqlarını yerinə yetirməyə nail olub.

Qeyd edək ki, təlim tapşırığı ümumilikdə 1 saat 40 dəqiqə ərzində yerinə yetirilib və uğurla baş çatdırılıb.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TurAz-Qartalı   Təlim   HHQ  

“TurAz Qartalı - 2019”: Əsas tapşırıq “hava-hava” döyüşünün yerinə yetirilməsi olub

2019/09/107f1-1568136511.jpg
Oxunub: 532     21:09     10 Sentyabr 2019    