Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı siyasi analitik Fyodor Lukyanov Rusiya XİN rəsmisi Maria Zaxarovanın bəyanatına toxunarkən deyib.
Lukyanovun sözlərinə görə, M. Zaxarovanın bu müşahidələri həmsədr ölkə nümayəndəsinin qiymətləndirməsi kimi qəbul edilməlidir.
“Danışıqlar prosesinə mənfi təsir edə biləcək bəyanatları, inkişafları dayandırmaq və onlara reaksiya vermək bütün həmsədr ölkələrin funksiyasıdır. Biz hər zaman həmsədr ölkələri passiv işləməkdə və zamanında reaksiya verməməkdə günahlandırırıq, zamanında reaksiyalar olduqda isə, onlar “sancılmış yer” kimi müşahidə olunur. Başa düşmək lazımdır ki, Rusiya strateji müttəfiq olmaqla yanaşı həm də həmsədr ölkədir və onun öz üzərinə götürdüyü öhdəliklər var”, - deyə rus siyasi şərhçi bildirib.
Xatırladaq ki, bir neçə gün bundan öncə Zaxarova Paşinyanın işğal altında olan Azərbaycan torpaqlarında etdiyi təxribatçı çıxışı ilə bağlı münasibət bildirib.
“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir”, - deyə Zaxarova qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az