Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Aprel döyüşlərinin iştirakçısı Andranik Çavuşyan Laçın rayon Zabux kənd “bələdiyyə başçısı” seçilib.
Məlumata görə, Andranik Livandan gəlib və uzun illər Qarabağda yaşayıb. O, Aprel döyüşlərində mövqelərimizə qarşı təxribatçı əməliyyatlarda iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az