Əfqanıstanda növbəti dəfə partlayış törədilib

2019/09/AP_19-1568018973.jpg
Oxunub: 26307     12:54     09 Sentyabr 2019    
Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti dəfə partlayış törədilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.

Məlumata əsasən, əldəqayırma maqnit minası şəhid meydanında işə salınıb, nəticədə azı 3 nəfər xəsarət alıb.

Xatırladaq ki, son bir həftə ərzində Kabildə ardıcıl bir neçə partlayış törədilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Partlayış  


Bizi "telegram"da izləyin