Moskvadan Paşinyana səssiz mesajlar: “Bu, kompromis variantların tapılması prosesinə ziddir”

2019/09/2345-1568013390.jpg
Oxunub: 542     14:12     09 Sentyabr 2019    
“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir”.

Xəbər verdiyimiz kimi, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın işğal altında olan Azərbaycan torpaqlarında çıxışına münasibət bildirərkən deyib.

O qeyd edib ki, ATƏT Minsk qrupu da Paşinyana cavab vermir və bu ağır yükü Rusiya öz çiyinlərinə götürüb.

“Əlbətdə ki, biz tərəflərin bəyanatlarının sülh yolu ilə münaqişənin həllinə yönəlmiş ümumi səylər kontekstində uyğun gəlməli olduğu qənaətindəyik”,- deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, müxtəlif səviyyəli şəxslərdən bu cür açıqlamaları eşidiblər və rastlaşmağa davam edirlər.

“Çox istərdik ki, daxili siyasi proseslərə hörmətlə yanaşaq. Lakin, bununla yanaşı bütün tərəflərin eyni prinsipdən - sürətli sülh yolu ilə həll etmə prinsipindən çıxış etməsini də istərdik”,- deyə Zaxarova bildirib.

O, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox mürəkkəb və uzun müddətlidir, lakin tez bir zamanda irəliliyə addım atmaq üçün ortaq bir anlayış var.

Göründüyü kimi, Moskva Paşinyanın çıxışını çox ağrı ilə qəbul edib. Rusiya ikinci dəfədir ki, Zaxarova səviyyəsində bu çıxışa reaksiya verir.Təxminən iki həftə əvvəl Zaxarova həftəlik brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli və Dağlıq Qarabağın statusu məsələsinə toxunub: “Rusiyanın fikrincə, Dağlıq Qarabağın son statusu Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə həll edilməlidir”.

O, Rusiyanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, İrəvan və Bakı ilə yaxın münasibətləri nəzərə alaraq, sülh prosesinin hərtərəfli irəliləməsini dəstəkləməkdə davam edəcəyini qeyd edib.

“Məmnuniyyətlə vurğulayırıq ki, bu gün Ermənistanla Azərbaycan arasındakı təmas xəttində nisbi sakitlik hökm sürür. Eyni zamanda, tərəflərin bir-birlərinə qarşı müxtəlif ittihamlar səsləndirməyə davam etdirməsindən narahatlıq keçiririk. Bu kimi ritorika danışıqlar prosesi üçün əlverişli şəraitin yaradılmasına və təbii olaraq, münaqişənin həlli üçün kompromis variantların tapılması prosesinə ziddir”, - deyə Zaxarova vurğulayıb.

Yəni, nümayəndələri tərəflər arasında danışıqları təşkil edən və iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədr dövləti əvvəlcə Paşinyana Qarabağın statusunun İrəvan və Bakı arasındakı danışıqlar yolu ilə müəyyən edilməli olduğunu xatırlatdı.

İndi isə Paşinyanın işğal altında olan Xankəndindəki çıxışı, həm də 2 sentyabr tarixində təxribatçı “təbrik”i, Moskvaya, “tərəflərin açıqlamaları münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş ortaq bir səy çərçivəsində olmalıdır”, deyə ciddi reaksiya verməyə məcbur edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təxribat   İşğal   Qarabağ   Zaxarova  

Moskvadan Paşinyana səssiz mesajlar: “Bu, kompromis variantların tapılması prosesinə ziddir”

2019/09/2345-1568013390.jpg
Oxunub: 543     14:12     09 Sentyabr 2019    