Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki. bunu Ermənistanın ilk Baş naziri Vazgen Manukyan söyləyib.
O qeyd edib ki, arxivləri açmağa hələ qərar verilməmişdən əvvəl onunla tanış olmaq istəyirdi.
“Müəyyən oldu ki, Sovet İttifaqı mən düşündüyümdən də ağıllı imiş. Bizim hakimiyyətə gəlməyimizdən bir neçə gün əvvəl KQB-nin bütün sənəd bölməsi təyyarələrlə Smolenskə göndərilib”, - deyə Manukyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti SSRİ rəhbərliyinə - KQB rəisinə, Qorbaçova müraciət edərək həmin arxivlərin bütövlükdə Ermənistana gətirilməsini bildirib.
Alpər Mövludoğlu
Ordu.az