Aprel döyüşləri ilə bağlı Ohanyan hələ istintaqa cəlb olunmayıb

2019/06/7cbff-1560343699.jpg
Oxunub: 607     17:46     07 Sentyabr 2019    
“Əgər ümumi fikir bildirməli olsam, biz Aprel döyüşlərinin səbəbləri və nəticələrini dərketmə istiqamətində iş aparırıq. Bu çərçivədə bəzi sualların cavabını əldə etmişik, bəzilərinin isə yox. Bəzilərinin cavabını əldə etmək istiqamətində əlavə suallar meydana çıxıb və aydınlaşdırmağa zərurət olacaq” .

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran komissiyanın üzvü, deputat Tiqran Karapetyan deyib.

O qeyd edib ki, artıq bir aydır keçmiş və indiki vəzifəli şəxslərin komitə iclaslarına dəvət edilməsi və onlara sualların verilməsi prosesi davam edir. Dünən komissiyanın iclasında hərbçilər də olub, amma Karapetyan dəqiq ad verməyib. Ancaq o vurğulayıb ki, Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan hələ istintaq komissiyasının iclasına dəvət olunmayıb.

Karapetyan bildirib ki, artıq komissiya dəqiq qrafik üzrə işləyir, sənədləri öyrənir və zəruri hallarda dindirməyə aidiyyəti şəxsləri dəvət edir. O, zəruri sənədlərin əldə edilməsində çətinliklər olmadığını qeyd edib.

Komissiyanın əsas tapşırıqları Aprel döyüşləri nəticəsində Ermənistan ordusundakı insan resursu, texnika, silah itkilərinin mütənasib olması, ərazi və hərbçilərin itkisini minimum səviyyə endirməyin mümkünlüyü, bu itkilərin əsas səbəbi, əsasən səhlənkarlığa yol verən və günahkar olan bölmə rəhbərinin müəyyən edilməsi, ordudakı vəziyyətin necə nizamlanması və sairədir.

Karapetyan vurğulayıb ki, indiki məqamda günahkarların adlarının çəkilməsi doğru deyil.

“Biz hisslərə qapılmadan, hər hansı siyasi məqsəd güdmədən işləyirik. Biz sırf faktlarla işləyirik və indiki məqamda konkret adların çəkilməsinə yol verilmir”, - deyə o qeyd edib.

O, ictimaiyyətə araşdırmaların nəticələri barədə nə zaman məlumat veriləcəyinə dair hələlik heç bir qərar qəbul edilmədiyini vurğulayıb.

“Hər hansı bir məqamı gizlətməklə bağlı xüsusi niyyəti yoxdur”, - deyə Karapetyan bildirib.

Xatırladaq ki, Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran komissiya öz fəaliyyətinə cari ilin iyun ayında başlayıb. Komissiya 6 ay müddətinə yaradılsa da, zəruri olduğu halda fəaliyyət müddəti artırıla bilər.

Komissiya 8-dən çox iclas keçirib. İclaslar, məxfi aparıldığına görə qapalı şəkildə keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Ohanyan  

Aprel döyüşləri ilə bağlı Ohanyan hələ istintaqa cəlb olunmayıb

2019/06/7cbff-1560343699.jpg
Oxunub: 608     17:46     07 Sentyabr 2019    