Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana səfər edəcək

2019/09/corne-1567845542.jpg
Oxunub: 9872     14:37     07 Sentyabr 2019    
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müvəqqəti rəhbəri Kornel Feruta bu həftə İrana səfər edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tehrana səfərin məqsədi İranın beynəlxalq nüvə razılaşmasından qismən çıxması ilə bağlı danışıqlar aparmaqdır.

Məlumata görə, Feruta İranda yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşəcək. İran tərəfinin öz nüvə proqramının genişləndirilməsinə dair planlarını açıqlayacağı da gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE   İran  


Bizi "telegram"da izləyin