Ərdoğanın nüvə döyüş başlıqları ilə bağlı açıqlaması Ermənistanı narahat edir

2019/09/erdog-1567842377.jpg
Oxunub: 11294     12:54     07 Sentyabr 2019    
“Türkiyə prezidenti Ərdoğanın nüvə döyüş başlıqları ilə bağlı açıqlaması Türkiyə ilə problemləri olan ölkələrdə ciddi diqqət tələb edən siyasi bir reallıqdır. Ermənistan bu siyahıda olan ölkələrdən biri və birincisidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Aram Armatuni qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə də nüvə döyüş başlığına sahib olma haqqında düşünməlidir.

Armatuni bildirib ki, Ərdoğanın bu açıqlaması rəsmi Ankara tərəfindən nüvə silahı əldə etmə niyyəti ilə bağlı açıqlama kimi qiymətləndirilə bilər.

“Ərdoğanın bunu daxili siyasi problemləri hər hansı şəkildə gizlətmə, xarici siyasi şantaj və ya həqiqətən nüvə silahına sahib olmaq və bununla da Türkiyənin bölgədəki çəkisini qaldırmaq üçün etdiyini demək çətindir, bunu yalnız ehtimal etmək olar. Əgər Türkiyə nüvə ölkəsinə çevrilərsə, bu Ermənistanın təhdidlərini sadəcə birbaşa artıracaqdır. Üstəlik Türkiyənin bu ambisiyasına başqa bir məsələ Rusiyanın da rolunu əlavə etsək, bunun reallığa çevrilməsi mümkündür”, - deyə eskpert qeyd edib.

Onun sözlərinə görə, hərbi texniki cəhətdən Rusiya-Türkiyə münasibətləri yüksələn xətlə davam edir və üstəlik Ankara bunun üçün ABŞ və NATO ilə də mübahisə edir.

“Əlbəttə, Ankaranın ABŞ-ın narazı olduğu Rusiya ilə hazırkı dinamika və əməkdaşlığın həcmi əsasında ABŞ-la ticarət, Qərbdən isə nüvə hüququ əldə etməsi üçün Moskva ilə tərəfdaşlığını gücləndirməsi istisna edilmir. Bununla yanaşı Ankara, Moskva ilə Vaşinqton arasında nüvə hüququ məsələsində onun tərəfdaşının və ya müttəfiqinin kim olacağı ilə bağlı rəqabət aparmasına təkan verə bilər”, - deyə Armatuni bildirib.

Armatuni Vaşinqton və Moskvanın bu hüququ Ankaraya asanlıqla verə biləcəyini düşünmür. Ancaq o qeyd edir ki, digər tərəfdən siyasi reallıqların Türkiyənin müəyyən bir macəra iddiası ehtimalını artıracağını da istisna etmək olmaz.

“İstənilən halda bu münasibətlə ciddi işlər görülməli və Ermənistan mümkün iddianın ciddiliyini başa düşərək, əks ittifaq barədə fikirləşməklə ən azı zəruri diplomatik işə başlamalıdır. Eyni zamanda Türkiyənin bu cür obyektivləşmə meyili sözün həqiqi mənasında, Qarabağ məsələsində onun Ermənistana qarşı siyasətini nəzərə alaraq, nüvə hüququndan zəruri bir müdafiə olaraq danışmaq haqqını verə bilər”, - deyə erməni ekspert təşvişini gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin