Ermənistan-Rusiya münasibətləri uçurumun kənarında - EKSPERTLƏR

2019/09/8050-1567772926.jpg
Oxunub: 2369     16:24     06 Sentyabr 2019    
“Yeni siyasətin məqsədi tarazlıqdır, ancaq vaxt bu nailiyyətlərin nə dərəcədə mümkün olacağını göstərəcək, çünki bu istəkləri məhdudlaşdıran Dağlıq Qarabağ münaqişəsi kimi məsələlər var. Rusiya öz əlindəki imkanlardan necə istifadə edəcəyini çox yaxşı başa düşür. Bu, əlbəttə ki, vəziyyəti çətinləşdirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri polşalı analitik Konrad Zaştovt deyib.

Ötən il Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Rusiya strateji tərəfdaşlığı hələ öz axarına düşməyib.

Üstəlik, Ermənistandakı dəyişiklikdən sonra problemlər yaranıb və hələ də yaranmaqdadır. KTMT Baş katibinin namizədliyi ilə əlaqəli mürəkkəb qalmaqaldan sonra Ermənistanın sabiq prezidenti Robert Koçaryanın cinayət işi kimi problemlər ortaya çıxıb.

Xatırladaq ki, avqustun 31-də Rusiya Prezidenti Vladimir Putin yenidən Köçəryanı ad günü münasibətilə ictimai şəkildə təbrik etdi, bu, münasibətlərin mövcud problemli xarakteri barədə söhbətləri yenidən gücləndirdi. Artıq ikinci ildir ki, Rusiya prezidenti belə bir ictimai addım atır.

Ermənistanda baş verən daxili dəyişiklikdən sonra rus narahatlığı barədə çox danışılıb. Bu günlərdə verdiyi müsahibəsində Paşinyan da eyni mövzuya toxunub.

“Məsələn, Rusiya Azərbaycana silah satanda bu şübhə mövzusudur, ya yox? Demək istəyirəm ki, əsrlər boyu olan komplekslərimizdən qurtulmalıyıq, biz suveren tərəfdaşlarıq və onların bizə şübhə etmək hüququ varsa, eyni dərəcədə şübhə etməyə haqqımız var. Bütövlükdə hesab edirəm ki, bu çox vacib təməl üzərində münasibətlərimiz davamlı yaxşılaşmalı və inkişaf etməlidir. Hər kəsin ləyaqətinə hörmət edilən münasibətlər qurmalıyıq. Əminəm ki, bu gün münasibətlərimiz bu ləyaqətlə qeyd olunur. Hər kəsin bizə şübhə edə biləcəyi kimi, bizimdə kimdənsə şübhələnməyə haqqımız var. Kimsə ortaq məsuliyyətlərimizi kifayət qədər səviyyədə yerinə yetirmədiyimizi düşünürsə, bizə də eyni şeyi etməyə icazə verilir. Heç kim düşünməsin ki, şübhələrin aradan qaldırılması yalnız bizim gündəliyimizin bir hissəsi olmalıdır”, - deyə Paşinyan bildirib.

Zaştovt qeyd edib ki, açıq şəkildə Ermənistan-Rusiya münasibətlərində zəruri bir düzəliş mərhələsinə ehtiyac var və tərəflər buna hazır olmadığı üçün məsələ uzanır.

“Ənənəvi münasibətlər xəttini dəyişdirmək çətindir və Ermənistan tərəfi Rusiya ilə qarşıdurmanın qarşısını almaq üçün, açıq bəyanatlarında daha ehtiyatlı davranaraq, Rusiya ilə münasibətlərini tarazlaşdırmağa çalışır. Qeyd edirəm ki, bu açıq bəyanatlarda əks olunmur, çünki erməni tərəfi xarici siyasətdə dəyişiklik olmayacağını israr edir. Ermənistan xarici siyasətini, Rusiya tərəfindən yaxşı başadüşülən şəkildə diversifikasiya etməyə çalışır. Ancaq Ermənistanın bütün sahələrdə belə bir diversifikasiya etməsi üçün vaxt lazımdır, çünki bir-biri ilə əlaqəli sahələr çoxdur və Rusiyanın mövcudluğu bir çox sahələrdə bəllidir. Bunu xarici siyasətə uzatmaq üçün digər sahələrdə də dəyişiklik etməyə başlamaq lazımdır”, - deyə polşalı ekspert bildirib.

Zaştovt, Ermənistanın Suriyaya kontingent göndərməklə və Qərblə problemli bir məsələ yaratmaqla Avrasiya çərçivəsində inam qazanmağa çalışdığını vurğulayıb.

Rusiyalı politoloq Aleksey Malaşenko isə qeyd edib ki, hər hansı bir tərəfdaş şübhələrini, narahatlıqlarını ifadə etməkdə sərbəstdir və bu hal hazırda baş verir. Onun sözlərinə görə, bu problemlər həm Rusiya, həm də Ermənistanın hazırda bir-birlərinə qarşı siyasətlərini formalaşdırarkən bir-birlərindən qaça bilməmələrindən irəli gəlir, bu da mövqelərinə sərt xətt verir.

“Hər iki tərəf son geosiyasi dəyişikliklərdən sonra bir-birləri üçün nə qədər əhəmiyyətli olduqlarını dərk edirlər. Lakin yaranmış vəziyyət uzana da bilər, belə bir narahatlıq var, geniş gündəmə sahib olduqları üçün tərəflərin həqiqətən bundan əziyyət çəkəcəklərinə dair qorxuları var. Ancaq başa düşmək lazımdır ki, bu gün dünya bir il və ya iki il əvvəlki kimi deyil. Bəzi inkişaflardan, məsələn, Ukraynadakı, Gürcüstandakı və dünyanın bir çox yerindəki dəyişikliklərdən sonra münasibətlərin xüsusiyyətləri və qavrayış dəyişir. Bu cür dəyişikliklərə Ermənistan-Rusiya münasibətləri də məruz qalır. Bu münasibətlərə qismən səbəb bəzi qeyri-adi bəyanatlar fonunda Ermənistan və Rusiya hakimiyyəti arasında əməkdaşlığın olmasıdır. Rusiya son vaxtlar bir sıra ölkələrdən səsələn bir çox açıqlamalara münasibət bildirməməyə, vəziyyəti gərginləşdirməməyə, təkcə hakimiyyət orqanları ilə deyil, ölkələrin bütün siyasi sahələri ilə əməkdaşlıq etməyə çalışır”, - deyə analitik bildirib.

Erməni tərəfinin şübhələrinə və silah satışına gəlincə, o, bunun son illərdə çox müzakirə mövzusu olduğunu qeyd edib.

“Əvvəlki hakimiyyətlərin də bu məsələ ilə bağlı narahatlıqları olub. Ancaq deməliyəm ki, Ermənistan tərəfinə silah-sursat güzəştlə təmin olunsa da, tarazlığı qorumaq və eyni zamanda işgüzar bizneslə məşğul olmaq Rusiyanın bölgədəki ənənəvi siyasətidir”, - deyə Malaşenko bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan-Rusiya münasibətləri uçurumun kənarında - EKSPERTLƏR

2019/09/8050-1567772926.jpg
Oxunub: 2370     16:24     06 Sentyabr 2019    