Ordu.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
O bildirib ki, Azərbaycan və Pakistan hərbi sahədə strateji tərəfdaşlardır.
"Ölkələrimiz arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyirik və uzunillik münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin tərəfdarıyıq", - deyə pakistanlı səfir vurğulayıb.
Ordu.az