Erməni siyasi şərhçi: “Ermənistan Rusiyanın qərarı ilə qarşı-qarşıyadır, alternativi müharibədir”

2019/09/17955-1567675192.jpg
Oxunub: 19743     17:19     06 Sentyabr 2019    
“Şişkinin hekayəsi maraqlı bir təzahür alır. Bu, keçmiş hakimiyyət nümayəndələri tərəfindən hazırkı hökumətə ünvanlanmış kəskin tənqid mövzusu olub. Sanki, onlar Ermənistan-Rusiya münasibətlərinin risklərindən narahat deyil və bundan siyasi məqsədlər üçün istifadə etməyə yeni bir fürsət gözləyirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Hakop Badalyan qeyd edib.

Badalyanın fikrincə, keçmiş hakimiyyət nümayəndələrinin belə fürsətlərə yanaşması yeni deyil, sadəcə fürsət yenidir.

“Bunun ilk böyük hədəfi təxminən on ildir ki, davamlı olaraq, Serj Sarkisyan olub.
Hazırda Şişkin fürsətindən istifadə edən dairələrin xeyli hissəsi eyni metodologiya və məntiqlə Serj Sarkisyanı, mütəmadi olaraq onun Rusiyaya qarşı, birbaşa Putinin inamsızlığı, şübhə məqamını, bu kontekstdə, Serj Sarkisyanın siyasəti və Avropa İttifaqı danışıqları ilə Ermənistan-Rusiya münasibətlərini təhdid etdiyini və Ermənistana təhlükə yaratdığını yaymaqla hədəf alırlar”, - deyə erməni siyasi şərhçi qeyd edib.

Badalyan bildirib ki, Sarkisyanın “təhlükəsizlik səbəbi ilə” hədəfə alınması Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarı alınanadək davam edib.

“Ancaq inqilabdan əvvəlki vəziyyətdən fərqli olaraq, indi bu metotdan istifadə edilmədə prinsipial fərqlər mövcuddur. Bu fərqlər sadəcə hökumətin legitimliyi ilə bağlı deyil. Məsələ burasındadır ki, Ermənistan-Rusiya münasibətlərinin dəyişməsi təkcə erməni mənşəli deyil. Şişkin bu tranformasiyanın nəticəsidir, bu da Rusiya Təhlükəsizlik Şurası katibinin Ermənistana səfərindən bir neçə gün sonra özünü biruzə verir”, - deyə şərhçi bildirib.

O qeyd edib ki, Putinin Ermənistanla münasibətlərin xüsusiyyətlərinin “X” zamanında dəyişəcəyini deməsini təsəvvür etmək mümkün deyil.

“Bu münasibətlərin bəyanatlarla həll edilməsi mürəkkəb məsələdir və çox geniş çevrəni əhatə edir. Xüsusilə, münasibətlərin köhnə xüsusiyyəti hesabına mövqelərinə sərt müqavimət göstərildiyi təqdirdə bu çevrələri yeni situasiya yaratmaq üçün uyğunlaşdırmaq lazımdır. Çünki Ermənistan-Rusiya münasibətlərinin transformasiyası həm Rusiya siyasi rəhbərliyinin, həm daxili və xarici problemlərinin, həm də təqaüdə çıxmağa hazırlaşan Rusiya Xarici İşlər Nazirinin müavini Karasinin yazda İrəvanda elan etdiyi regional təhlükəsizlik və sabitlik məsələsində birləşməsi baxımından vacib bir məsələdir”, - deyə Badalyan qeyd edib.

Siyasi şərhçi qeyd edib ki, uyğunlaşma üçün qeyri-standart bir “alternativ” meydana gətirən digər dəyişmə yolu 2016-cı ilin aprelində baş verdiyi kimi, təkcə Ermənistan üçün deyil, həm də Rusiya üçün çox təhlükəli bir yol olan müharibə yaratmaqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Şişkin   Böhran  


Bizi "telegram"da izləyin