Ordu.az xəbər verir ki, silahın itməsi ilə bağlı araşdırmaya hərbi polislə birgə “osobıy otdelin” əməkdaşları da qoşulub. Məhz bundan sonra silah itən bölmədə xidmət edən hərbi qulluqçuların əsl problemləri başlayıb.
Xüsusi şöbənin əməkdaşları bölmənin hərbi qulluqçularını dilə tutaraq, özləri əvvəlcədən hazırladıqları izahatları imzalatdırmağa nail olublar. Hərbi qulluqçular “osobist”lər tərəfindən şantaj edildikdə isə aldandıqlarını anlayıblar, lakin artıq gec olub.
Saxta izahatları imzalayan hərbi qulluqçular Sasun Hayrapetyana (Xankəndi) və Edqar Xanağyana (Tavuş HK) külli miqdarda rüşvət müqabilində izahatlarını dəyişməyə icazə veriləcəyi bildirib.
Silahın itmə fakı ilə bağlı araşdırma davam edir.
Ordu.az