Ordu.az xəbər verir ki, Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissənin hamam rəisi Aseryan, üç nəfər hərbi qulluqçu tərəfindən başqa bir hərbçinin cinsi və fiziki təzyiqə məruz qaldığının şahidi olub və bu barədə komandanlığa məruzə edib.
Bir gün sonra isə hadisə barədə məlumat verdiyinə görə hamam rəisi özü də fiziki təzyiqə məruz qalıb. Vəhşicəsinə döyüldüyünə görə Aseryan psixonevroloji dispanserə yerləşdirilib.
Həkimlərin dediyinə görə, başından çoxlu sayda ağır zərbələr alan Aseryan, artıq hərbi formalı şəxs görəndə özünü yerə çırparaq uşaq kimi ağlayır və gələcəkdə bu xəstəlikdən sağalması mümkün olmadığından, o ömrünün sonunadək psixonevroloji dispanserdə qalmalıdır.
Hərbi hissənin məsul zabiti polkovnik Gözəlyanın raportuna əsasən hər iki faktla bağlı və hadisəni gizlətməyə çalışan vəzifəli şəxslər barədə cinayət işi açılıb, araşdırma aparılır.
Ordu.az