Leyla Abdullayeva: “İşğal altında olan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq”

2019/09/15967-1567616036.jpg
Oxunub: 13335     20:48     04 Sentyabr 2019    
"Ermənistan dərk etməlidir ki, hazırda işğal altında olan Azərbaycan torpaqları Azərbaycanın nəzarəti altına qayıdacaq və regionun iki icmasının sülh içində birgə yaşayışı təmin olunacaqdır".

Ordu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter" səhifəsində qeyd edib.

XİN sözçüsü əlavə edib ki, münaqişənin başqa həll yolu yoxdur, vasitəçilər və dünya ictimaiyyəti bunu yaxşı bilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leyla-Abdullayeva   XİN  


Bizi "telegram"da izləyin