Rusiya XİN Paşinyanın Qarabağla bağlı bəyanatına münasibət bildirib

2018/04/567567_1523532664.jpg
Oxunub: 25823     14:12     04 Sentyabr 2019    
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatına münasibət bildirib.

Ordu.az xəbər verir ki, o, "Report"un Rusiya bürosunun əməkdaşının "Bu cür bəyanatlar münaqişənin həllinə necə təsir göstərir" sualına cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir.

“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir", - deyə M.Zaxaraova qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Qarabağ  


Bizi "telegram"da izləyin