Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 40 gün davam edən qazıntılar avqsut ayının sonlarında başa çatıb.
Arexoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyanın sözlərinə görə, 150 hektar sahəyə səpələnmiş Şahbulaq qalasının ətrafında orta əsrlərə məxsus tikililər, yeraltı sərdabələr və s. aşkarlanıb.

Qeyd edəki ki, Şahbulaq qalası və ya Tərnəküt qalası Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qalasıdır. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlayıb. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülüb. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olub. Onun yanında xanın iqamətgahı olub. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib.

Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olub Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır.

Alpər Mövludoğlu
Ordu.az