Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı ekspert Syuzan Styuart Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunarkən deyib.

Onun sözlərinə görə, son aylarda danışıqlar prosesində keçmişdəki ilə müqayisədə kifayət qədər tez-tez görüşlərin baş tutması baxımından irəliləyiş var.
“Belə hesab olunur ki, tez-tez baş tutan görüşlər ərzində münaqişəyə dair kəskin münasibətdə yumşama var, lakin bununla yanaşı irəliləyiş yoxdur. Bəyanatlar yolu ilə qarşılıqlı atışmalar isə bunun sübutudur. Eyni zamanda yeni problemlər də ortaya çıxır. İrəvan tələb edir ki, Xankəndi danışıqlarda iştirak etsin, Azərbaycan isə Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar masasında iştirakını irəli sürür. Təbii ki, bu məsələdə tərəflər hələlik razılığa gəlməyib. Lakin tərəflər danışıqlar prosesini davam etdirməyə hazır olduqlarını bildiriblər. Hər halda demək olar ki, nizamlanma məsələsi ətrafında tərəflərin ictimai mövqelərində dəyişiklik baş verməyib. Tərəflər siyasi qərar verməlidirlər, lakin bu on illərlə davam edən və ölüm hadisələrinə səbəb olan münaqişə halında rahat qəbul edilən qərar deyil. Bu məsələyə cəmiyyətlərin fəal mövqeyi və təzyiqi var. Buna görə də münaqişənin nizamlanması yolunda ictimaiyyətlə düzgün iş fəaliyyətinin qurulması müvafiq mühitin formalaşdırılması vacibdir”, - deyə Styuart bildirib.
Qarşıdakı görüşə gəldikdə isə almaniyalı politoloq qeyd edir ki, danışıqlar prosesi məzmun baxımından nə qədər zəif olsa da, görüşlərin intensivliyi sərhəddə vəziyyətin idarəolunmaz ssenarilərdən uzaq saxlanması üçün əsas şərtdir.
Alpər Mövludoğlu
Ordu.az