Sarkisyan Qarabağla bağlı təxribatçı məktub ünvanladı

2017/10/serj-sargsyan-01103453453_1509180617.jpg
Oxunub: 5948     15:19     02 Sentyabr 2019    
"Qarabağ məsələsində ümumerməni birliyinin pozulmasına icazə verməməliyik, bu, müharibə illərində olduğu kimi indi də təhlükədir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Emənistanın sabiq prezidenti Serj Sarkisyan qondarma qurumun elan edilməsi münasibətilə "təbrik məktubu"nda bildirib.

O qeyd edib ki, heç bir halda Qarabağ məsələsində "ümumerməni birliyi"nin pozulmasına icazə verməməlidir.

"Bu gün, bu, müharibə illərində olduğu kimi təhlükədir. İllərlə davamlı olaraq dediyim kimi, bu gün də təkrar etmək istəyirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq", - deyə Sarkisyan məktubunda əvvəlki təxribatçı yanaşmalarını bir daha nümayiş etdirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin