Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri alman politoloq Uve Halbax qarşıda gözlənilən Xarici İşlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Xarici İşlər nazirlərinin təmaslarının intensivliyi qorunub saxlanır və bu, münaqişə zonasında atəşkəs rejiminin pozulmasına yol verilməməsi baxımından müsbət haldır.
“Buna baxmayaraq, tərəflər görüşlərdə bu kimi məsələlərin nizamlama prosesini müzakirə etsələr də, irəliləyiş əldə etmək mümkün olmur. Buna görə də, heç olmasa bu görüşlərin atəşkəs rejiminin qorunub saxlanılmasına xidmət etməsi vacibdir. Hiss olunur ki, bu görüşlər düşünülmüş müntəzəmlik xarakteri daşıyır. Həmsədrlərin və tərəflərin müəyyən etdiyi intensivlik var, bununla irəliləməkdədirlər.
Bu onu sübut edir ki, hazırda yetişmiş müharibə əməliyyatlarının bərpası təhlükəsi minimum səviyyədədir. Ona görə ki, təşkil edilmiş danışıqlar prosesi mövcuddur. Bunun hesabına müəyyən qədər münaqişə zonasında sabitlik qorunub saxlanılmaqdadır. Lakin bu tip görüşlərin intensivliyi, əməliyyat əlaqəsinin mövcudluğunu qoruyub saxlamaqdan əlavə baş qaldıran gərginliyin azaldılmasına da xidmət edir”, - deyə Halbax bildirib.
O qeyd edib ki, ümumiyyətlə son dövrlərdə sərhəddə baş verən hadisələri mühakimə edərək, tərəflərin münaqişənin nizamlanması ssenarilərini müzakirə etdiklərini düşünmür: “Hələlik bu mövzu ətrafında səmərəli danışıqlar aparmaq mümkün deyil. Hələlik tərəflər, qarşı tərəfin bu və ya digər mövqeyinin qəbulolunmaz olduğunu açıqlamaqla məşğuldur. Bu o deməkdir ki, əsas məsələlər ətrafında fikir ayrılığı mövcuddur”.
Bununla yanaşı, alman politoloq qeyd edib ki, görüşdə qondarma qurumun danışıqlar prosesində iştirakının Ermənistanın istəyib-istəməməsi də birdəfəlik müzakirə oluna bilər.
“Lakin Paşinyan hakimiyyəti Qarabağın (qondarma qurum-red.) danışıqlar prosesində iştirakının zəruriliyi haqqında danışsa da, ilk növbədə Qarabağın Ermənistan olmasından söhbət açır. Məncə, həmişə sözügedən tələbin olduğu halda bu anlaşılan hal deyil. Buna görə də bu məsələ müzakirə ediləcək. Düşünürəm, hələ ki, bu görüşlərdən konkret nəticə gözləməyə dəyməz. Hesab edirəm ki, həmsədr ölkələr danışıqlar prosesindəki vəziyyətə öz töhfələrini verirlər. Onlar mövcud geosiyasi vəziyyətdə münaqişə zonasında müharibənin və ya gərginliyin qarşısını almağın vacibliyini başa düşürlər”, - deyə o sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az