“Azneft” İstehsalat Birliyinin dalğıcları Müdafiə Nazirliyi tərəfindən təltif ediliblər

2019/08/23423-1567151363.jpg
Oxunub: 24340     11:48     30 Avqust 2019    
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin dalğıcları qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin və pilotun axtarışı, tapılması və dənizdən çıxarılmasında yüksək peşəkarlıq nümayiş etdiriblər.

“Azneft”dən Ordu.az-a verilən məlumata görə, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək fədakarlıq göstərərək fərqlənən dalğıclar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun müvafiq əmri ilə Fəxri fərmanlarla təltif ediliblər.

Bu münasibətlə Dalğıc Xidmətində Fəxri fərmanların təqdim olunması mərasimi keçirilib. “Azneft” İB-nin baş direktorunun müavini Əlimusa Quliyev Fəxri fərmanları dalğıclara təqdim edib.

Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman radarlardan itib və qəzaya uğrayıb. Xəzər dənizinə düşən təyyarə uzun sürən axtarışlardan sonra tapılıb, qalıqları və pilotun nəşi dənizdən çıxarılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin