Paşinyan ABŞ-a yola düşür: Trampla ikitərəfli görüş baş tutmayacaq

2019/08/16819-1567148083.jpg
Oxunub: 628     13:45     30 Avqust 2019    
“Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-a yola düşür. İlk növbədə qeyd edim ki, səfər formal olaraq, ikitərəfli səfər deyil. İkitərəfli yüksək görüşlər indiki məqamda nəzərdə tutulmayıb”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ məsələləri üzrə ekspert Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyanın yerli erməni icması ilə görüşü nəzərdə tutulub və Trampla görüşü mürəkkəb məsələdir.

“Baş nazirin səfəri Los Ancelesə işguzar xarakter daşıyır, o, burada yerli erməni icması ilə görüş keçirəcək, Nyu-Yorkda isə BMT Assambleyasının zirvə görüşündə çıxış edəcək. BMT Baş Assambleyasının 74-cu iclası sentyabr ayının 17-dən, “High level General Debates” isə sentyabr ayının 27-dən öz işinə başlayacaq. Baş nazir Paşinyanın sentyabr ayının 23-də, axşamçağı Nyu-Yorkda olacağı ehtimal edilir. Sentyabr ayının 24-də sabah tezdən BMT-nin mərkəzi iqamətgahında rəsmi qəbul nəzərdə tutulub. Sentyabr ayının 24-də axşamçağı Nyu- Yorkdakı kilsədə Baş nazirin yerli erməni icması ilə görüşü nəzərdə tutulub. Onun BMT Baş Katibi Antonio Quttereş və digər ölkələrdən olan həmkarları ilə görüşlərinin keçiriləcəyinin nəzərdə tutulduğunu düşünürəm.

Baş nazir, həmçinin ABŞ prezidenti Donald Tramp tərəfindən təşkil edilən qəbulda da iştirak edəcək. Bu Trampla təmas saxlamaq üçün yeganə imkan olacaq, həm də mürəkkəb fürsət olacaq. Prosedur qaydalarına uyğun əl sıxma və şəkil çəkdirmə mərasimi nəzərdə tutulur”, - deyə Sarkisyan qeyd edib.

Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan daha öncə bildirib ki, Ermənistan və ABŞ arasında dialoq fəallaşıb. Lakin o, indiyədək ölkə rəhbərləri arasında görüşün niyə baş tutmaması məsələsinə dəqiq aydınlıq gətirməyib.

“Tramp və Pompeo ilə bizim görüşümüz baş tutmayıb. Lakin bizim dialoqumuz bundan heç də zərər görməyib, zəifləməyib, əksinə daha da fəallaşıb. ABŞ-da öz mürəkkəbliyi ilə seçilən özəl sistem var. Tramp və Pompeo ilə görüş gündəlikdədir. Nə vaxt olsa, olacaq”, - deyə Mnatsakanyan bildirib.

“ABŞ prezidenti və Dövlət Katibi ilə görüşün təşkil edilməsinə nail olmaq mümkün olmur”, deyə səsləndirilən iradlara cavab verə bilməyən Mnatsakanyan, “Səhv deyirlər” deməklə kifayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ermənistan   Paşinyan   Böhran  

Paşinyan ABŞ-a yola düşür: Trampla ikitərəfli görüş baş tutmayacaq

2019/08/16819-1567148083.jpg
Oxunub: 629     13:45     30 Avqust 2019    