Gənc kursantların çöl çıxışları başlayıb - VİDEO

2019/08/51b68-7835465925.jpg
Oxunub: 20889     18:06     29 Avqust 2019    
Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlunata görə, tədris prosesinin təqvim qrafiki əsasında səhra şəraitində keçirilən məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.

Çalışmaların yekununda kursantların hazırlığı əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gənc-kursantlar   Təlim  


Bizi "telegram"da izləyin