Əcnəbi tələbələrin Azərbaycanın cəbhəboyu bölgələrinə səfəri təşkil olunub - FOTO

2019/08/15670-1567077457.jpg
Oxunub: 813     15:50     29 Avqust 2019    
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 9 ölkədən olan 16 əcnəbi tələbənin Azərbaycanın müharibədən zərər çəkmiş Tərtər bölgəsinə səfərini təşkil edib.

BAMF-dan Ordu.az-a bildiriblər, səfər çərçivəsində tələbələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb, cəbhə bölgələrindəki qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar.

Tələbələr AIESEC beynəlxalq təşkilatının dəstəklədiyi könüllü proqramı çərçivəsində Azərbaycana gəliblər. Altı həftə ərzində onlar gender bərabərliyi və ekosistemin qorunması problemlərini əhatə edən iki sosial layihədə iştirak ediblər. Bəzi ictimai iclaslar BAMF və AIESEC tərəfindən birlikdə Fondun ofisində keçirilib.

Fondun əsas iş fəaliyyəti ilə daha yaxından tanış olmaq və cəbhə bölgələrində məcburi köçkünlərin həyatını görmək üçün İtaliya, Portuqaliya, Serbiya, Ukrayna, Türkiyə, Rusiya, Avstriya, Litva və Almaniyadan olan tələbələr Fondun prezidenti Umud Mirzəyevin təşəbbüsü və dəstəyi ilə Tərtər səfərinə qoşulmaq istəklərini bildiriblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələrə bölgədə həyata keçirilən sosial-iqtisadi proqramlar və infrastrukturun inkişafı barədə məlumat verib. O, Tərtərdə qaçqın və məcburi köçkünlərə yardım məqsədilə hökumət tərəfindən dəstəklənən hazırkı layihələrdən danışıb. Qonaqlara Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsi və Tərtər çayının bağlanması, çayın partlayıcı maddələrin tullantıları ilə çirkləndirilməsi nəticəsində əkin sahələrinin suvarılmasında yaranan problemlər barədə məlumat verilib.

Tələbələr 1978-ci ildə ermənilərin İrandan Qarabağa köçmələrinin 150 illiyini qeyd etmək üçün Şıxarx kəndində ucaltdıqları “Marağa 150” abidəsi ilə də tanış olublar. Onlar, həmçinin cəbhəboyu kəndlərin sakinləri ilə görüşmək üçün Həsənqaya kəndinə gediblər.

Azərbaycanın cəbhəboyu bölgələrinə səfər əcnəbi tələbələrdə zəngin təəssürat yaradıb.

Səfər çərçivəsində tələbələr BAMF-ın Tərtərdəki regional nümayəndəliyinə baş çəkiblər və burada BAMF və UNICEF-in həyata keçirdiyi AYAP proqramının azyaşlı üzvləri ilə görüşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tələbələr   Qarabağ  

Əcnəbi tələbələrin Azərbaycanın cəbhəboyu bölgələrinə səfəri təşkil olunub - FOTO

2019/08/15670-1567077457.jpg
Oxunub: 814     15:50     29 Avqust 2019    