Ermənistanın sabiq Müdafiə naziri hansı təklifi qəbul edib?

2019/08/vaxar-1567069837.jpg
Oxunub: 31484     15:06     29 Avqust 2019    
Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyan İstintaq Komissiyasının iclaslarında iştirak etmək barədə təklifi qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyan da erməni parlamentində yaradılan 2016-cı ilin aprel ayında baş verən hərbi əməliyyatların detallarının araşdırılması üzrə İstintaq Komissiyasının iclaslarında iştirak etmək barədə təklifi qəbul edib.

Nəşr, məsələ ilə bağlı Harutyunyanla söhbət aparıb. O, məsələyə belə münasibət bildirib: “Mən, hesab edirəm ki, bu komissiya cəzalandırmaq üçün yaradılmayıb. Bu komissiyanın məqsədi döyüşlər zamanı yol verilən nöqsanları aşkar etməkdir. Mən, belə düşünürəm. Hesab edirəm ki, bütün bunlar komissiyanın araşdırmalarından sonra məlum olacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin