Paşinyan Putinin təlimatı əsasında Polşa səfərindən imtina edib

2019/08/image-1567069659.jpg
Oxunub: 30181     14:20     29 Avqust 2019    
Ruslar Paşinyanı Polşa səfərindən imtina etmək məcburiyyətində qoyub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Rusiya tərəfindən Paşinyana necə təlimat verilibsə, o, bu səfərdən son anda imtina edib.

“Baş nazir Nikol Paşinyan sentyabr ayının 3-4 tarixlərində Polşanın Kriniza-Zrduy şəhərində keçiriləcək 29-cu Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Polşaya dəvət edilib. Bununla yanaşı sentyabr ayının əvvəllərində Polşada ikinci Dünya müharibəsinin 80 illiyinə həsr edilmiş tədbirlərin keçirilməsi də nəzərdə tutulurdu. Lakin Polşa tərəfinin dəvət etdiyi çoxsaylı qonaqlar arasında Rusiya prezidenti Vladimir Putinin yer almadığına görə, Rusiyadan verilən təlimat əsasında Paşinyan da səfərdən imtina edib. Suveren dövlət hesab edilən Ermənistan Baş naziri, bu yolla Rusiyanı razı salmağa, rəğbətini qazanmağa çalışıb”, - deyə “Hraparak” bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın XİN rəsmisi bəyan edib ki, Polşa tərəfinin dəvətinə müsbət cavab verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin