Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün saat 10:24 radələrində baş verən yanğın səbəbindən “Bis-1” yanğın dərəcəsi elan edilib.
Bildirilir ki, Zovuni kəndindəki Daxili Qoşunlara məxsus hərbi hissə yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün əvvəlcə 1, daha sonra isə daha 3 yanğınsöndürmə briqadası göndərilib.
Qeyd olunur ki, yanğın 5 hektar ot ərazisini əhatə edir.
Alpər Mövludoğlu
Ordu.az