Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, “Ter-Petrosyan cəbhəsi” hesab olunan və Nikol Paşinyanla əməkdaşlıq edən blok, avqust ayının 5-də Paşinyanın işğal altında olan Xankəndidəki təxribatçı çıxışına kifayət qədər üsyankar şəkildə münasibət bəsləyib.
“Ermənistan Milli Konqresinin təmsilçilərinin sosial şəbəkələrdəki tənqidləri və şərhləri məhz bununla əlaqədar olub. Yayılan məlumatlara əsasən, Ter-Petrosyan və Paşinyan arasında mövcud olan razılaşmalar pozulub. Xüsusilə Qarabağ məsələsində, daha dəqiq desək, münaqişənin həlli prosesi ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranıb”, - deyə “Past” bildirib.
Nəşr qeyd edib ki, Paşinyan öz çıxışında, kürsüdən “Qarabağ Ermənistandır, Vəssalam” deyə təxribatçı bəyanatı səsləndirdikdə, bu müəyyən qrupların xoşuna gəlməyib.
“Paşinyan bu ifadəni öncədən palnalaşdırlmadan səsləndirilib. Bu ifadə yaranmış vəziyyətdən irəli gələrək səsləndirilən bəyanat olub. Hökumət yanındakı mənbələrdən əldə olunan məlumata görə, Paşinyan hamı üçün gözlənilməz şəkildə, son məqamda çıxışının müəyyən xüsusi hissələrini dəyişib”, - deyə erməni nəşri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az