İrəvanda sərxoş erməni hərbi qulluqçu saxlanılıb

2019/08/e1c9d-1566977889.jpg
Oxunub: 27206     12:05     28 Avqust 2019    
Bu gün İrəvan yol polisi əməkdaşları metro yaxınlığında, "Kia Sorento" markalı 10 ND 550 nömrəli avtomobilin sürücüsünun əks zolaqda hərəkət etdiyini aşkar edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avtomobilin sürücüsü ona yaxınlaşan polisə Ermənistan Müdafiə Nazirliyində işlədiyini bildirib və sənədlərini təqdim etməkdən imtina edib.

Lakin polis onu yoxlanışdan keçməyə inandırıb və nəticədə məlum olub ki, o, avtomobili ayıq vəziyyətdə idarə etməyib. Erməni hərbi qulluqçunun avtomobili xüsusi mühafizə olunan əraziyə aparılıb.

Məlumata görə, erməni hərbi qulluqçu Laçın rayon sakini, 33 yaşlı K. Babalyandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin