Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazır.
O, istisnasız olaraq bütün köhnə kadr heyətini - mühasib, regional və ərazi şura sədrlərindən mətbuat katibinə qədər işdən azad edib. Mikaelyan, bunu sələfi Manvel Qriqoryanın izlərindən qurtulmaqla izah edir.
Yerkrapahın yeni mətbuat katibi Diana Davyandır və o, son olaraq 24news.am saytında çalışıb. O, qəzetin məlumatlarını təsdiqləyib və bildirib: ""Yerkrapah təşkilatının sədri seçildikdən sonra, təmamilə yeni üzvlərlə, yeni heyət formalaşan zaman, təşkilatın iclasında Mikaelyan "Yerkrapah"ın yeni nizamnaməsinin təmin etdiyi imkanlardan faydalanmaqla, həm İrəvan, həm vilayətlərdə bütün şöbələrin ələkdən keçirilməsini təklif etdi. Öz növbəsində təklif təşkilatın bütün üzvləri tərəfindən yekdilliklə qəbul edildi.
Müvafiq olaraq, bütün şöbələrin bütün rəhbərləri Mikaelyanın göstərişi əsasında əvəzləndi və yeni şəxslər strukturların müvəqqəti idarəçiləri kimi təyin edildi. Onların bir hissəsi artıq həmin vəzifədə təsdiq edilib, digələrinin isə təsdiqlənməsi və ya başqa namizədlərlə əvəz olunması mümkündür".
Onun məlumatına görə, yaxın vaxtlarda gözlənilən şuranın iclasında, böyük ehtimalla, bu məsələ həl ediləcək. İclasın keçiriləcəyi gün hələ məlum deyil.
Alpər Mövludoğlu
Ordu.az