Ermənistan Müdafiə naziri Hakopyanı nəzarət altına götürüb

2019/08/00-92-1566974043.jpg
Oxunub: 29611     11:33     28 Avqust 2019    
"Hələ inqilabdan öncə Mikayel Harutyunyanın rəhbərlik etdiyi Baş hərbi müfəttişlik Ermənistan prezidenti yanında orqan idi, lakin ötənilki hadisələrdən sonra bu vəzifə Movses Hakopyana həvalə edildi".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu "Joğovurd" qəzeti yazır.

Lakin qəzetin məlumatlarına görə, inqilabdan sonra hərbi müfəttişlik strukturu havadan asılı vəziyyətdə qalıb. Belə ki, hələ də, strukturun Ermənistan prezidenti, Baş naziri, yoxsa Müdafiə naziri yanında çalışmalı olub-olmadığı məlum deyil.

Nəticədə, hərbi müfəttişliyin Müdafiə Nazirliyinə birləşdirilməsi qərara alınıb.

Qəzet məsələni Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyandan dəqiqləşdirməyə çalışıb. Hovhannisyan cavabında bildirib ki, qanunvericiliklə Baş hərbi müfəttişliyin adı dəyişdirilib və hazırda bu strukturun adı Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyi altında Hərbi nəzarət xidməti adlanır.

Məlum olub ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakopyan hazırda Müdafiə naziri Davit Tonoyanın tabeçiliyi altında işləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin