Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sərhəd Qoşunları Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər ərzində hərbi qulluqçuların döyüş silahlarından, hərbi texnikadan, minaatanlardan və qumbaraatanlardan 3000 m məsafəyədək yüngül zirehli texnikaya, aşağı məsafədən uçan obyektlərə, həmçinin şərti düşmənin canlı qüvvəsinin parçalanmasını əks etdirən hədəflər istiqamətinə atəş edilməsi bacarıqları yaxşılaşdırılacaq.
Komuflyaj edilməsi, radioaktiv vasitələrin aşkarlanması məqsədilə ərazinin axtarışına, eyni zamanda minalanmış sahələrin dəf edilməsinə xüsusi diqqət yetiriləcək.
İkitərəfli komanda-qərargah təlimlərində 500 nəfərdən artıq hərbi qulluqçu iştirak edir. Təlimlərə 100 ədəddən çox hərbi texnika, həmçinin ordu aviasiyası və Pilotsuz Uçuş Aparatları (PUA) cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az