Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aşkar edilən şəxsin 55 yaşlı S.Qəhramanyan olduğu məlum olub.
Fakt üzrə Şenqavit rayon İstintaq şöbəsində materiallar hazırlanır.
Meyitin yanında “Makarov” markalı tapança da aşkar edilib. Ölən şəxsin əvvəllər Ermənistan Milli Təhlükəsizlik Xidmətində işlədiyi bildirilir.
Hadisənin intihar, yoxsa diqqətsizlikdən baş verməsi bir sıra ekspertizalardan sonra məlum olacaq. Lakin “Armlur.am” saytının əldə etdiyi məlumata əsasən, MTX-nin əməkdaşının psixoloji problemləri olub. Ola bilər ki, hadisə məhz bu səbəbdən baş verib.
Alpər Mövludoğlu
Ordu.az