Erməni divizion komandiri polisə niyə müraciət edib?

2019/08/v7_7-1566808923.jpg
Oxunub: 24825     12:59     27 Avqust 2019    
Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusunu vuran şəxsin aşkar edilərək, həbs olunması istiqamətində tədbirlər həyata keçirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə avqust ayının 26-da Ermənistanın Loru vilayətində baş verib.

Məlumata görə, saat 01:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin divizion komandiri V.Vazgen Stepanavan polis şöbəsinə zəng edərək, evinin həyətində məişət zəminində mübahisə zamanı Stepanavan şəhər sakini 26 yaşlı H.Tiqranın ona qarşı nəzakətsiz hərəkət edərək, sifətinə zərbə endirməsi barədə məlumat verib.

Divizon komandiri polisə bildirib ki, zərbə nəticəsində xəsarət alıb.

Fakt üzrə Stepanavan polis şöbəsində materiallar hazırlanır.

Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusunu vuran H.Tiqran adlı şəxsin aşkar edilərək, həbs olunması istiqamətində tədbirlər həyata keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dava  


Bizi "telegram"da izləyin