“Azərbaycan ABŞ üçün daha əhəmiyyətli ölkədir”

2019/08/15059-1566975660.jpg
Oxunub: 25831     11:32     28 Avqust 2019    
Hazırda ABŞ-ın Ermənistana və işğal altında olan Qarabağa ayrılan xarici yardımı haqqında çox danışılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Amerika araşdırmaları erməni mərkəzinin təsisçisi Suren Sarkisyan ABŞ-ın yardımlarına dair öz fikirlərini belə izah edib.

“Siyasi məqsədəuyğunluqdan irəli gələrək, müxtəlif rəqəmlər, layihələr, şərhlər səsləndirilir.

Bir neçə fikrə aydınlıq gətirmək istərdim:

1. ABŞ-ın 2020-ci il büdcəsi hələ təsdiqlənməyib;
2. Ermənistana 6.75 milyon dollar yardım edilməsini nəzərdə tutan layihələr var. Bu hələ heç bir əlavə kömək olmayacağı anlamına gəlmir;
3. ABŞ Konqresi büdcəni təsdiq edən orqandır və büdcənin ayrılması ilə bağlı son qərarı verir;
4. Ermənistana 40 milyon dollarlıq əlavə yardımın verilməsi məsələsi hələ Senatda müzakirə edilməyib, lakin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib;
5. Trampın maliyyə yardımının azaldılması fikrindən imtina qərarı 2019-cu ilin son rübünə aid olan yardımlara aiddir;
6. ABŞ-ın xarici yardımı bütün dünya üçün kəskin şəkildə azaldılır;
7. Qarabağa (qondarma qurum-red.) yardım, digər oxşar proqramlar kimi gələcəyi qeyri-müəyyən olan, USAİD proqramlarından biridir;
8. ABŞ istənilən layihəni sıfıra endirə bilər, lakin ehtiyac olarsa və bu öz maraqlarına uyğun gələrsə, proqramı digər maliyyələşdirmə ilə, o cümlədən ehtiyat fondları” ilə yenidən işə sala bilər;
9. ABŞ Ermənistanla müqayisədə Azərbaycana daha çox hərbi yardım göstərir. Bunu, bizi daha az sevdiyinə görə yox, Azərbaycan ABŞ üçün daha vacib bir ölkə olduğuna görə edir;
10. Bəli, əlavə kömək almaq üçün daha effektiv işləyə bilərik, lakin...
11. İcma və lobbiçilər Ermənistan və Qarabağa (qondarma qurum-red.) yardım göstərməkdə Ermənistan hakimiyyətindən daha effektivdir, lakin bu obyektiv və məntiqlidir. Onların Vaşinqtondakı təsiri Ermənistan hakimiyyətinin təsirindən daha böyükdür;
12. Qarşıdakı 6 ildə çox kömək ediləcəyinə ümid etmək olmaz. Trampın yenidən seçilmək üçün ciddi bir şansı olmaqla yanaşı, indiki dönəminə də hələ iki ili qalıb;
13. Trampa görə xarici yardım göstərilməsi mənfi əlamətdir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Azərbaycan   Sarkisyan  


Bizi "telegram"da izləyin