Aİ-nin deputatı işğal altında olan Qarabağa qanunsuz səfər edib

2019/08/10478-1566888401.jpg
Oxunub: 8653     10:32     27 Avqust 2019    
Avropa İttifaqının deputatı 25 nəfərlik bir qrupla işğal altında olan Qarabağa qanunsuz səfər edib.

Ordu.az xəbər verir ki, nümayəndə heyəti işğal altında olan ərazilərə Daşnaksutün Avropa “Hay Dat” komissiyasının rəhbəri Qaspar Karapetyan və ofisin direkoru Heğine Evinyanın müşayiəti ilə gəlib.

Qanunsuz səfər zamanı deputat Martin Zonneborun bir sıra görüşlər keçiridiyi bildirilir.

Qeyd edək ki, Zonneborn işğal altında olan ərazilərimizə 2018-ci ilin 29 avqust tarixində də gəlib. Onun arvadı milliyyətcə ermənidir.

Xatırladaq ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qarabağ   Qanunsuz-səfər  


Bizi "telegram"da izləyin